AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hindistanın şərqində daşqınlar: 22 mindən çox insan zərər çəkib

  • + A
  • - A
  • Bu gün, 16:12

    Hindistanın şərqində daşqınlar: 22 mindən çox insan zərər çəkib


    Hindistanın şərqində son günlər yağan güclü leysan yağışları nəticəsində yaranan daşqınlar Assam və Arunachal-Pradeş ştatlarında ciddi fəsadlara səbəb olub.

    Hindustan Times qəzetinin məlumatına görə, Assam Ştatının Fövqəladə Halların Nəticələrinin Aradan Qaldırılması İdarəsi bildirib ki, daşqınlardan ümumilikdə 22 124 nəfər zərər çəkib. Arunachal-Pradeş ştatında isə təbii fəlakət nəticəsində 3 nəfər həlak olub. Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

    Daşqınlar nəticəsində 96 kənd və 1,6 min hektar kənd təsərrüfatı sahəsi su altında qalıb. Bir sıra yaşayış evləri və avtomobil yollarına ziyan dəyib. Dhemaci rayonunda 1965-ci ildə inşa edilmiş dəmir yolu körpüsünün böyük hissəsi dağılıb.

    Evsiz qalan sakinlər müvəqqəti yerləşdirmə mərkəzlərinə köçürülür.

    İyunun 29-da Hindistanın daxili işlər naziri Amit Şah Assamın baş naziri Himanta Bisva Sarma ilə telefon danışığı apararaq bölgədəki vəziyyəti müzakirə edib.

    Səlahiyyətli qurumlar xəbərdarlıq ediblər ki, əlverişsiz hava şəraiti yaxın günlərdə yeni torpaq sürüşmələrinə, qəfil daşqınlara və həssas ərazilərdə gündəlik həyatın pozulmasına səbəb ola bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR