Ukrayna ordusu Donetsk vilayətinin Novoazovsk rayonu yaxınlığındakı avtomobil körpüsü, həmçinin Luqansk vilayətində yerləşən iki dəmir yolu körpüsünə zərbə endirib.
Bu barədə Ukrayna ordusunun Baş Qərargahı “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, Rusiya ordusu bu obyektlərdən şəxsi heyətin, silah-sursatın və maddi-texniki vasitələrin daşınması üçün istifadə edib.
Zərbələrin nəticələri dəqiqləşdirilir.
Bundan başqa, Luqansk vilayətinin Novosvitlivka yaşayış məntəqəsi yaxınlığında Rusiya ordusuna məxsus maddi-texniki təminat anbarı vurulub.
Həmçinin Zaporojye vilayətinin Qulyaypole, Rusiyanın Kursk vilayətinin Tyotkino və Donetsk vilayətinin Baxmut rayonlarında Rusiyaya məxsus üç pilotsuz uçuş aparatı (PUA) idarəetmə məntəqəsi, eləcə də Donetsk vilayətinin Velikaya Novosilka rayonu yaxınlığında radioelektron mübarizə bölməsinin idarəetmə məntəqəsi zərbəyə məruz qalıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.