AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran XİN: Yaxın günlərdə ABŞ-la Qətərdə danışıqlar planlaşdırılmır

  • + A
  • - A
  • Dünən, 22:36

    İran XİN: Yaxın günlərdə ABŞ-la Qətərdə danışıqlar planlaşdırılmır


    İran yaxın günlərdə Qətərdə ABŞ ilə hər hansı danışıqlar aparmağı planlaşdırmır. Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai açıqlayıb.

    Onun sözlərinə görə, İranın ekspert nümayəndə heyəti bu həftə Dohaya səfər edəcək. Lakin səfərin əsas məqsədi dondurulmuş İran aktivlərinin blokdan çıxarılması ilə bağlı məsələlərin müzakirəsidir və bu, ABŞ tərəfi ilə birbaşa danışıqlarla əlaqəli deyil.

    İsmayıl Bəqai vurğulayıb ki, yaxın vaxtlarda ABŞ nümayəndələri ilə hər hansı görüşün keçirilməsi barədə məlumat yoxdur. O əlavə edib ki, Amerika nümayəndələrinin Qətərə mümkün səfərinin də İran heyətinin səfəri ilə heç bir əlaqəsi yoxdur.

    Qeyd edək ki, bundan əvvəl ABŞ və İran arasında hərbi qarşıdurmanın başa çatdırılması, eləcə də dəniz təhlükəsizliyi və Hörmüz boğazında gəmiçiliyin bərpası kimi məsələləri əhatə edən memorandumun imzalandığı barədə məlumat yayılmışdı. Buna baxmayaraq, rəsmi Tehran hazırda Vaşinqtonla yeni danışıqların gündəmdə olmadığını bildirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR