Parisdə anomal istilər elektrik kəsintisinə səbəb olub

Fransanın paytaxtı Parisin mərkəzində müşahidə olunan anomal isti hava şəraiti səbəbindən lokal elektrik kəsintisi baş verib.
Məlumata görə, hadisə Birja meydanı ətrafında qeydə alınıb. Elektrik şəbəkəsinin operatoru bildirib ki, əvvəlcə 449 abonent işıqsız qalıb, onlardan 238-nin elektrik təchizatı hələ də tam bərpa edilməyib.
Şirkətin açıqlamasına əsasən, yüksək temperatur, xüsusilə gecə saatlarında havanın soyumaması asfalt örtüyünün həddindən artıq qızmasına və yeraltı elektrik şəbəkəsinə əlavə yük düşməsinə səbəb olub. Nəticədə avadanlıqlarda lokal nasazlıqlar yaranıb.
Hadisə zamanı AFP agentliyinin Parisdəki baş qərargahı ehtiyat generatorları hesabına fəaliyyətini davam etdirib. Elektrik enerjisinin tam bərpa olunacağı tarix isə hələ açıqlanmayıb.
Qeyd edək ki, Fransada iyunun ortalarından etibarən davam edən güclü istilər məktəblərin fəaliyyətində fasilələrə, dəmir yolu nəqliyyatında məhdudiyyətlərə və ölkənin əksər bölgələrində yüksək hava təhlükəsi xəbərdarlığının elan edilməsinə səbəb olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.