QƏRBİ İRANDA ATIŞMA BAŞ VERİB

İranın qərbində, Kirmanşah vilayətinin Paveh şəhərində baş verən silahlı insident nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (KSİK) iki hərbçisi həlak olub, daha iki nəfər isə yaralanıb.
Məlumata görə, hadisə çərşənbə axşamına keçən gecə qeydə alınıb. KSİK insidenti terror hücumu kimi qiymətləndirib.
Hadisənin başvermə səbəbləri və hücumu törədən şəxslərlə bağlı araşdırma aparılır. İran rəsmiləri insidentin bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində istintaqın davam etdiyini bildiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.