AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SINAQ ATIŞI SAKİT OKEANDA HƏYATA KEÇİRİLİB

  • + A
  • - A
  • Bu gün, 09:43

    SINAQ ATIŞI SAKİT OKEANDA HƏYATA KEÇİRİLİB


    ABŞ Hərbi Hava Qüvvələri Sakit okeanda keçirilən hərbi təlimlər çərçivəsində B-2 Spirit strateji bombardmançı təyyarəsindən uzaqmənzilli LRASM gəmi əleyhinə raketinin uğurlu sınağını həyata keçirib.

    ABŞ Hərbi Hava Qüvvələrinin Qlobal Zərbə Komandanlığının məlumatına görə, raket hədəf gəmini dəqiq zərbə ilə məhv edib. Təxminən 800 kilometr mənzilə malik LRASM raketi ABŞ Silahlı Qüvvələrinin uzaqmənzilli dəniz zərbə imkanlarının əsas elementlərindən biri hesab olunur.

    Sınaq atışı Marian adalarının şimalında baş tutub və iyunun 22-dən iyulun 1-dək Marian adaları, Quam və Yaponiya ətrafında keçirilən Valiant Shield 26 hərbi təlimləri çərçivəsində icra olunub.

    ABŞ Sakit Okean Hərbi Hava Qüvvələrinin komandanı, Kevin Schneider bildirib ki, B-2 bombardmançısının nümayiş etdirdiyi imkanlar ABŞ ordusunun dəyişən təhlükəsizlik çağırışlarına çevik uyğunlaşmaq qabiliyyətini təsdiqləyir və Sakit okean regionunda strateji üstünlüyün qorunmasına xidmət edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR