Suriya Prezidenti: “Ölkəmiz xarici planların həyata keçirildiyi meydan deyil”

Suriya Prezidenti Əhməd əş-Şaraa bildirib ki, ölkəsi nə xarici qüvvələrin planlarının həyata keçirildiyi məkan, nə də başqa dövlətlərin ambisiyalarının reallaşdırıldığı platformadır.
O, bu fikirləri Al Mayadeen telekanalına müsahibəsində səsləndirib.
Prezident eyni zamanda İsrailin Suriyanın cənub bölgələrinə endirdiyi zərbələri pisləyib. Bildirilib ki, işğal altında olan Colan təpələri yaxınlığındakı yaşayış məntəqələrinin sakinləri təhlükəsizlik səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıblar.
Suriyanın Xarici İşlər Nazirliyi İsrailin hücumlarını “ölkənin suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulması” kimi qiymətləndirərək qətiyyətlə pisləyib.
Əhməd əş-Şaraa vurğulayıb ki, Suriya hakimiyyəti ölkənin ərazi bütövlüyünün və sabitliyinin qorunmasına sadiqdir.
Bundan əvvəl Associated Press agentliyi yazmışdı ki, ABŞ Prezidenti Donald Tramp Livanın “Hizbullah” hərəkatına qarşı mübarizədə İsrail əvəzinə Suriyanın hazırkı hakimiyyəti ilə əməkdaşlıq imkanını nəzərdən keçirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.