AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Almaniya Baş Prokurorluğu “Şimal axını” partlayışına görə Ukrayna dövlət qurumlarını ittiham edib

  • + A
  • - A
  • Bu gün, 21:46

    Almaniya Baş Prokurorluğu “Şimal axını” partlayışına görə Ukrayna dövlət qurumlarını ittiham edib


    Almaniya Baş Prokurorluğu 2022-ci ildə "Şimal axını-1" və "Şimal axını-2" qaz kəmərlərinin partladılması əməliyyatının Ukraynanın dövlət qurumlarının tapşırığı ilə həyata keçirildiyini açıqlayıb.
    İstintaqın məlumatına görə, ötən ilin avqustunda İtaliyada saxlanılan, noyabrda isə Almaniyaya ekstradisiya edilən Sergey Kuznetsov adlı şəxsə bu həftə rəsmi ittiham irəli sürülüb. Prokurorluq onun Ukrayna ordusunun zabiti olduğunu və digər hərbçilərlə birlikdə qaz kəmərlərinin partladılması əməliyyatında iştirak etdiyini bildirir.

    İttihama əsasən, əməliyyatı peşəkar dalğıclar, gəmi kapitanı və partlayıcı maddələr üzrə mütəxəssisdən ibarət qrup həyata keçirib. Onların saxta sənədlərdən istifadə etdiyi, Almaniyada yaxta icarəyə götürərək Baltik dənizinə yollandığı qeyd olunur.
    Almaniya Baş Prokurorluğu hadisəni mülki infrastruktura hücum, partlayışın təşkili və ictimai xidmətlərin fəaliyyətinin pozulması ilə əlaqəli hərbi cinayət kimi qiymətləndirib.
    Xatırladaq ki, partlayışlar 2022-ci il sentyabrın 26-da Danimarkanın Bornholm adası yaxınlığında baş verib. Nəticədə qaz kəmərlərinin hər iki xətti ciddi zədələnib və atmosferə böyük həcmdə metan qazı sızıb.

    Ukrayna Prezidenti Volodimir Zelenski ittihamlarla bağlı hələ tam rəsmi məlumat almadığını bildirib və sənədlərlə tanış olmadan hadisəyə qiymət verməyin tez olduğunu vurğulayıb.
    Qeyd edək ki, Rusiya tərəfi daha əvvəl də bu təxribatda Ukrayna və Qərbi günahlandırsa da, Kiyev bu iddiaları qəti şəkildə rədd edib. Hadisə ilə bağlı müxtəlif versiyalar indiyədək beynəlxalq ictimaiyyətdə müzakirə olunmaqdadır.

    Məlumata görə, işə payız aylarında Hamburq məhkəməsində baxılması gözlənilir. Bu ittiham Almaniyada, xüsusilə də Ukraynaya hərbi yardım və qarşıdan gələn seçkilər fonunda siyasi müzakirələri daha da gücləndirə bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR