AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Belçika Norveç və Almaniyadan 3,1 milyard avroluq hava hücumundan müdafiə sistemləri almağı sürətləndirir

  • + A
  • - A
  • Dünən, 23:07

    Belçika Norveç və Almaniyadan 3,1 milyard avroluq hava hücumundan müdafiə sistemləri almağı sürətləndirir


    Belçika Norveç və Almaniyadan 3,1 milyard avroluq hava hücumundan müdafiə sistemləri almağı sürətləndirir

    Belçika Norveçin Kongsberg şirkətindən 10 ədəd NASAMS zenit-raket kompleksinin buraxılış qurğusunu, Almaniyanın Rheinmetall şirkətinin istehsalı olan 20 ədəd Skyranger yaxın mənzilli hava hücumundan müdafiə sistemini satın almağı planlaşdırır.
    Məlumata görə, mümkün müqavilənin ümumi dəyəri 3,1 milyard avro təşkil edir.

    Belçikalı rəsmi bildirib ki, satınalma planı hələ də ölkənin Nazirlər Şurasının təsdiqini gözləyir və qərarın bu həftə ərzində qəbul ediləcəyi istisna olunmur. Təsdiq veriləcəyi təqdirdə, müqavilənin rəsmi elanının gələn həftə Ankarada keçiriləcək NATO sammiti zamanı edilməsi gözlənilir.

    Rəsmi əlavə edib ki, Belçika hava hücumundan müdafiə sistemlərinin daha qısa müddətdə təhvil alınmasını təmin etmək üçün hər iki satınalmanı Niderlandla mövcud çərçivə sazişləri vasitəsilə həyata keçirməyi planlaşdırır. Bu yanaşmanın tədarük və sistemlərin istismara verilməsi prosesini sürətləndirəcəyi bildirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR