AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İtaliya maliyyə çatışmazlığı səbəbindən hərbi layihələri təxirə salır

  • + A
  • - A
  • Bu gün, 16:28

    İtaliya maliyyə çatışmazlığı səbəbindən hərbi layihələri təxirə salır


    İtaliya maliyyə çatışmazlığı səbəbindən NATO qarşısında götürdüyü bəzi hərbi öhdəliklərin icrasını təxirə salmağa məcbur olub. La Repubblica qəzetinin məlumatına görə, hökumət yeni iki hərbi diviziyanın yaradılması layihəsini ağır hərbi texnika üçün vəsait tapa bilmədiyi səbəbindən dayandırıb.

    Məlumata əsasən, Roma hökuməti yeni nəsil Panther tankları və Lynx piyadaların döyüş maşınlarının sifarişini hələlik təxirə salıb.

    Qeyd olunur ki, 2023-cü ildə Baş nazir Corcia Meloni hökuməti NATO-nun tələblərinə uyğun olaraq iki yeni diviziyanın formalaşdırılmasını öhdəsinə götürmüşdü. Layihə çərçivəsində 277 ədəd Panther tankı və 1 mindən çox Lynx döyüş maşınının alınması planlaşdırılırdı. Ümumi dəyəri 24 milyard avro olan sifarişin Almaniyanın Rheinmetall şirkəti tərəfindən, İtaliyanın Leonardo konserninin iştirakı ilə istehsal edilməsi nəzərdə tutulurdu.

    Layihə parlament tərəfindən təsdiqlənsə də, onun maliyyələşdirilməsi üçün konkret büdcə mənbələri müəyyən edilməmişdi. Nəşr yazır ki, Avropa İttifaqının SAFE (Security Action for Europe) müdafiə investisiyaları proqramı çərçivəsində nəzərdə tutulan kreditlərin həcminin də təxminən 15 milyard avrodan 4–5 milyard avroya endirilməsi planlaşdırılır. Bu isə layihənin maliyyələşdirilməsini daha da çətinləşdirib.

    Buna görə də NATO sammiti ərəfəsində imzalanması gözlənilən müqavilələr təxirə salınıb. La Repubblica qeyd edir ki, bu vəziyyət İtaliya üçün həm NATO qarşısında, həm Almaniyadakı tərəfdaşları, həm də istehsalçılar qarşısında narahatlıq yaradacaq.

    Planlara əsasən, Rheinmetall və Leonardo birgə müəssisə yaradaraq hərbi texnikanın böyük hissəsini İtaliya ərazisində istehsal etməli idi. Qəzetin yazdığına görə, Avropa İttifaqının müdafiə kreditləri bu layihənin maliyyələşdirilməsi üçün ən uyğun variant hesab olunurdu, çünki istehsalın əsas hissəsi Avropada həyata keçiriləcəkdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR