AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ankarada diplomatiya tıxacı - Ərdoğan onlarla görüşəcək

  • + A
  • - A
  • Bu gün, 09:37

    Ankarada diplomatiya tıxacı - Ərdoğan onlarla görüşəcək

    Türkiyənin paytaxtı Ankara bu gün 36-cı NATO Dövlət və Hökumət Başçıları Sammitinə ev sahibliyi edir.

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən və iki gün davam edəcək sammitdə alyansa üzv 32 ölkənin liderləri, 100-ə yaxın nazir və yüksək səviyyəli diplomatlar iştirak edir.

    Ərdoğanın bu gün sammit çərçivəsində ikitərəfli görüşlər keçirməsi planlaşdırılır. O, Bakı vaxtı ilə 12:00-da Kanada Baş naziri Mark Karni və 13:30-da Finlandiya Prezidenti Aleksander Stubb ilə görüşdən sonra, saat 15:00-da ABŞ Prezidenti Donald Trampı rəsmi mərasimlə qarşılayacaq. Axşam saatlarında isə Ərdoğan və xanımı Əminə Ərdoğanın adından qonaq liderlərin şərəfinə rəsmi ziyafət veriləcək.

    Qeyd edək ki, sammitin əsas müzakirə mövzuları Ukraynadakı cari vəziyyət və alyansın cənub sərhədlərində baş verən son proseslərdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR