AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə otellərində qiymətlər endi - Səbəb

  • + A
  • - A
  • Bu gün, 20:51

    Türkiyə otellərində qiymətlər endi - Səbəb

    Türkiyədə bu yay otellərdə yerləşmə qiymətləri xeyli ucuzlaşıb. Bu, əsasən Avropadan gələn turistlərin sayının azalması ilə əlaqədardır.

    Türkiyə otelçiləri yay mövsümündə yerləşmə qiymətlərini 20 faizə qədər endiriblər. Bu barədə turizmlə bağlı şirkətlər sosial şəbəkələrdə bildirib.

    Onların sözlərinə görə, sərfəli təkliflər mütəmadi olaraq təqdim olunur. Bu il qiymətlərin aşağı düşməsinə Yaxın Şərqdə baş verən hadisələr ciddi təsir göstərib. Nəticədə, adətən səyahətlərini əvvəlcədən planlaşdıran çoxlu sayda avropalı turist Türkiyə kurortlarına səfərdən imtina edib.

    Qeyd edilib ki, Azərbaycanlı turistlər daha böyük – 20 faizdən artıq endirimlər gözləməməlidirlər. Çünki Türkiyə otelləri lirənin dəyərdən düşməsi və yüksək inflyasiya fonunda çətin iqtisadi şəraitdə fəaliyyət göstərir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR