İlon Mask rejissoru "Homeri təhqir etməkdə" ittiham edib

Dünyanın ən varlı adamı İlon Mask rejissor Kristofer Nolanın yeni Odisseya filmi ilə bağlı tənqidlərini daha da sərtləşdirib. Mask rejissoru "Homeri təhqir etməkdə" ittiham edərək, onun filmi Oskar mükafatları üçün "woke gündəminə uyğunlaşdırmağa çalışdığını" iddia edib.
Mask sosial şəbəkədə paylaşımında Kristofer Nolanı sərt ifadələrlə tənqid edərək onu "qurd" adlandırıb.
Məlumata görə, filmin rəsmi treyleri YouTube platformasında yüz minlərlə mənfi reaksiya toplayıb və aktyor heyəti ilə ekran əsərinin ümumi üslubu sosial şəbəkələrdə geniş tənqid olunub. Bunun ardınca filmi istehsal edən Universal Pictures sosial şəbəkədə paylaşımın şərh bölməsini bağlayıb.
Tənqidlərin əsas səbəbləri aktyor seçimi və filmin bədii yanaşması olub. Xüsusilə, Lupita Nyonqonun Yelena Troya obrazını, Elliot Peycin Sinonu, Zendayanın Afinanı və Travis Scottun bard obrazını canlandırması müzakirələrə səbəb olub. Bundan başqa, filmdə müasir ingilis dili, Amerika aksenti və tarixi dövrə uyğun olmadığı iddia edilən kostyumlar da narazılıq yaradıb.
Kristofer Nolan isə layihəsini müdafiə edərək bildirib ki, aktyor seçimi və vizual həllər qədim yunan mifologiyasının müasir bədii interpretasiyasına xidmət edir. Buna baxmayaraq, tənqidçilər ekran əsərinin klassik tarixi epopeya ənənələrindən həddindən artıq uzaqlaşdığını hesab edirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.