AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ İranda yeni hərbi əməliyyatların bir aya qədər davam edə biləcəyini istisna etmir

  • + A
  • - A
  • Bu gün, 12:30

    ABŞ İranda yeni hərbi əməliyyatların bir aya qədər davam edə biləcəyini istisna etmir


    ABŞ administrasiyası İrana qarşı yeni zərbələr dalğasının və Tehranın mümkün cavab hücumlarının bir aya qədər davam edə biləcəyini istisna etmir. Bu barədə Axios portalı administrasiyadakı mənbələrə istinadən məlumat yayıb.

    Məlumata görə, hərbi əməliyyatlar bir neçə gün də davam edə bilər. Vaşinqton hesab edir ki, qarşıdurmanın müddəti və miqyası bundan sonra İranın atacağı addımlardan asılı olacaq. Mənbələrdən birinin sözlərinə görə, ABŞ-ın həyata keçirdiyi zərbələrin məqsədi "iranlılara zarafat etmədiklərini göstərməkdir".

    Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıblar. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüşlərin dərhal dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

    Lakin iyulun 8-də ABŞ Prezidenti Donald Tramp İranı razılaşmaları pozmaqda ittiham edərək atəşkəs rejiminin artıq qüvvədə olmadığını bəyan edib.

    ABŞ-ın son hava zərbələrindən sonra İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, Hörmüz boğazı yalnız Tehranın şərtləri yerinə yetirildikdən sonra açıq olacaq və Vaşinqtonun təhdidləri İranı geri çəkilməyə məcbur etməyəcək. Onun sözlərinə görə, ABŞ-ın hədələri və verdiyi vədləri pozması artıq cavabsız qalmayacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR