AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SEPAH: İranda iki terror qruplaşması zərərsizləşdirilib

  • + A
  • - A
  • Bu gün, 12:31

    SEPAH: İranda iki terror qruplaşması zərərsizləşdirilib


    İranın elit hərbi birləşməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkə ərazisində fəaliyyət göstərən iki terror qruplaşmasının məhv edildiyini açıqlayıb.

    SEPAH-ın bəyanatına istinadən yayılan məlumata görə, qruplaşmalar İran ordusu və SEPAH qüvvələrinin birgə keçirdiyi əməliyyat nəticəsində aşkarlanaraq zərərsizləşdirilib.

    Bildirilib ki, sözügedən silahlı qruplar İsrail və ABŞ-ın maraqları naminə fəaliyyət göstərirdilər. Əməliyyatın keçirildiyi ərazi, saxlanılan şəxslərin sayı və digər təfərrüatlar barədə əlavə məlumat verilməyib.

    İran rəsmiləri ölkənin təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətlərə qarşı mübarizənin davam etdirildiyini və bu cür təhdidlərin vaxtında aşkar edilərək aradan qaldırıldığını vurğulayıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR