AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranın cənubunda bir neçə partlayış səsi eşidildi – Xark adası ilə bağlı iddialar təkzib olundu

  • + A
  • - A
  • Dünən, 23:03

    İranın cənubunda bir neçə partlayış səsi eşidildi – Xark adası ilə bağlı iddialar təkzib olundu

    İranın cənubunda bir neçə partlayış səsi eşidildi – Xark adası ilə bağlı iddialar təkzib olundu

    İranın cənubundakı Bəndər-Abbas şəhərində, eləcə də Buşehr vilayəti və Sirik rayonunda partlayış səslərinin eşidildiyi bildirilir.

    Yerli sakinlərin və İran KİV-lərinin məlumatına görə, Bəndər-Abbasda, həmçinin Buşehr yaxınlığındakı Çoğadak ətrafında ən azı iki partlayış baş verib.

    Eyni zamanda, İranın Mehr agentliyi Xark adasında partlayış baş verməsi ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb. Agentlik bu barədə yayılan xəbərləri təkzib edərək, adada hər hansı fövqəladə hadisənin qeydə alınmadığını bildirib.

    Bundan əvvəl Mehr agentliyi son iki gecə ərzində ABŞ qüvvələrinin İranın cənub sahillərinə zərbələr endirdiyini iddia etmişdi. Agentliyin məlumatına əsasən, hücumlar nəticəsində bir neçə balıqçı və ölkə müdafiəçisi həlak olub, həmçinin Bəndər-Abbas və Sirik bölgələrində balıqçılıq sektoruna ciddi ziyan dəyib.

    Hadisələrlə bağlı rəsmi qurumlar tərəfindən əlavə məlumat verilməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR