AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Netanyahu Trampa Ərdoğanın İsrail əleyhinə bəyanatlarının ciddiliyindən danışıb

  • + A
  • - A
  • Bu gün, 10:04

    Netanyahu Trampa Ərdoğanın İsrail əleyhinə bəyanatlarının ciddiliyindən danışıb


    İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trump ilə telefon danışığı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə qarşı səsləndirdiyi bəyanatların ciddi narahatlıq doğurduğunu bildirib.

    Bu barədə İsrail Baş nazirinin Ofisinin yaydığı açıqlamada məlumat verilib.

    Bəyanatda qeyd olunub ki, Netanyahu telefon danışığı zamanı Ərdoğan və onun ətrafının İsrail Dövlətinin mövcudluğuna qarşı yönəldiyini düşündüyü bəyanatların ciddiliyini Trampın diqqətinə çatdırıb.

    Türkiyə hakimiyyəti son dövrlərdə İsraili Qəzza zolağında hərbi cinayətlər və soyqırımı törətməkdə ittiham edən sərt açıqlamalarla çıxış edir. Ankara 2024-cü ilin may ayından etibarən İsraillə bütün ticarət əlaqələrini dayandırıb.

    Xatırladaq ki, iyulun 2-də Türkiyənin xarici işlər naziri Hakan Fidan İsraili "bütün dünya üçün problem" adlandırıb və İsrail rəhbərliyini "bəşəriyyətin artıq daşıya bilməyəcəyi yük" kimi qiymətləndirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR