AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləməyə bilər

  • + A
  • - A
  • Bu gün, 12:35

    Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləməyə bilər


    Avropa İttifaqı ölkələri Rusiyaya qarşı hazırlanmış yeni sanksiyalar paketi ilə bağlı yekdil razılığa gələ bilməyə bilər. Bu barədə Euractiv nəşri məlumat yayıb.

    Məlumata görə, Aİ-yə üzv dövlətlərin səfirləri növbəti sanksiyalar paketi üzrə mürəkkəb danışıqlara hazırlaşırlar. Ayrı-ayrı məhdudiyyətlərlə bağlı fikir ayrılıqları səbəbindən paketin təsdiqlənməsi çətinləşib.

    Müzakirə olunan əsas məsələlərdən biri Baltikyanı ölkələrin irəli sürdüyü Rusiya hərbçilərinin Avropa İttifaqına girişinə qadağa təşəbbüsüdür. Lakin Fransa, İtaliya və Yunanıstan bu təklifin yumşaldılmasının tərəfdarı çıxış ediblər. Nəticədə, bütün döyüş iştirakçılarına qısamüddətli vizaların verilməsinin tam qadağan olunması ideyası daha məhdud variantla əvəz edilib.

    Bundan başqa, Aİ ölkələri enerji sahəsində yeni məhdudiyyətləri də müzakirə edirlər. Yeni paketə Rusiya nefti üçün tətbiq olunan qiymət tavanının mövcud səviyyədə dondurulması daxil edilə bilər. Lakin üzv dövlətlər bu tədbirin hansı müddətə qüvvədə qalacağı barədə hələ də razılığa gəlməyiblər.

    Eyni zamanda, Yunanıstan Rusiya mənşəli mayeləşdirilmiş təbii qazın (LNG) Avropa İttifaqı üzərindən üçüncü ölkələrə daşınması imkanının saxlanılmasını dəstəkləyir.

    Beləliklə, Aİ daxilində davam edən fikir ayrılıqları Rusiyaya qarşı yeni sanksiyalar paketinin qəbulunu sual altında qoyur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR