ABŞ hərbi bazasındakı ticarət mərkəzinə girən ayı şaftalı götürərək qaçdı

ABŞ-ın Alyaska ştatında yerləşən Birləşmiş Elmendorf-Riçardson hərbi bazasının ərazisindəki ticarət mərkəzinə daxil olan ayı qısa müddət ərzində obyektə "qonaq" olub.
Yerli KTUU telekanalının məlumatına görə, hadisə bazar günü səhər saatlarında, ticarət mərkəzində əməkdaşlar və ziyarətçilər olduğu vaxt baş verib.
Müşahidə kameralarının qeydə aldığı görüntülərdə ayının kafeteriyaya daxil olaraq bir ədəd şaftalı götürdüyü, daha sonra dəhlizdə nəcis ifraz etdiyi və binanı tərk etdiyi görünür.
Baza rəhbərliyinin nümayəndəsi bildirib ki, heyvan binaya avtomatik giriş qapılarından daxil olub.
Vəhşi təbiətin mühafizəsi üzrə mütəxəssis Kolet Brendt isə bildirib ki, hadisədən sonra müvafiq xidmət əməkdaşları ayının təhlükəsiz şəkildə yenidən meşəlik əraziyə qayıtmasını təmin ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.