Kreml Türkiyənin S-400 sistemlərini satması ilə bağlı xəbərlərə münasibət bildirib

Kreml Türkiyənin Rusiyadan aldığı S-400 zenit-raket sistemlərini üçüncü ölkəyə satdığına dair yayılan xəbərlərə münasibət açıqlayıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib ki, bu məsələ son dərəcə həssas mövzu olduğundan Ankara ilə mütəmadi təmaslar davam etdirilir.
“Bu mövzu olduqca həssasdır. Türkiyə tərəfi ilə bu məsələ ətrafında əlaqələrimiz olub və bundan sonra da təmaslarımız davam edəcək”, – deyə Peskov vurğulayıb.
Bundan əvvəl Türkiyənin hökumətyönlü Hürriyet qəzeti yazmışdı ki, Ankara vaxtilə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərini Fars körfəzi ölkələrindən birinə satıb. Nəşrin iddiasına görə, sözügedən razılaşmanın yaxın vaxtlarda rəsmi şəkildə elan ediləcəyi gözlənilir.
Jurnalistlər Dmitri Peskovdan Türkiyənin bu satış üçün Rusiyadan icazə istəyib-istəmədiyini və Moskvanın buna münasibətini soruşsalar da, Kreml nümayəndəsi bu suallara birbaşa cavab verməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.