ABŞ İranda yeni zərbələr seriyasını başa çatdırdığını açıqlayıb: ilk dəfə zərbə endirən dəniz dronlarından istifadə olunub

ABŞ Silahlı Qüvvələri İran ərazisində yerləşən obyektlərə qarşı növbəti hərbi əməliyyatı başa çatdırıb. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Məlumata görə, əməliyyat zamanı ölkənin bir neçə bölgəsində yerləşən onlarla hədəfə yüksək dəqiqlikli sursatlarla zərbələr endirilib. Hücumlarda qırıcı təyyarələr, hərbi gəmilər, pilotsuz uçuş aparatları, eləcə də ilk dəfə olaraq zərbə endirən dəniz dronlarından istifadə olunub.
CENTCOM-un yaydığı açıqlamada bildirilir ki, əməliyyatın əsas məqsədi İranın Hörmüz boğazında beynəlxalq gəmiçiliyə qarşı mümkün hücum imkanlarını zəiflətmək olub.
Qeyd edilib ki, zərbələr nəticəsində hava hücumundan müdafiə sistemləri, sahil radiolokasiya stansiyaları və hərbi katerlər hədəfə alınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.