AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cənubi Koreyanın sabiq prezidenti iki il müddətinə azadlıqdan məhrum edilib

  • + A
  • - A
  • Bu gün, 12:30

    Cənubi Koreyanın sabiq prezidenti iki il müddətinə azadlıqdan məhrum edilib


    Cənubi Koreyanın sabiq prezidenti Yun Sok Yol barəsində açılmış səkkiz cinayət işindən biri üzrə iki il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Yonhap agentliyi məlumat yayıb.

    Seul Mərkəzi Dairə Məhkəməsi keçmiş dövlət başçısını siyasi kampaniyaların maliyyələşdirilməsi haqqında qanunun pozulmasında təqsirli bilib.

    Məhkəmənin qənaətinə görə, ixtisaslaşmış sosioloji şirkət 2022-ci il prezident seçkiləri ərəfəsində Yun Sok Yol və həyat yoldaşı Kim Qon Hi üçün dəyəri təxminən 190 min ABŞ dolları olan ictimai rəy sorğularını ödənişsiz həyata keçirib.

    İstintaqın məlumatına əsasən, sosioloji büroya rəhbərlik edən Men Txe Qyun göstərdiyi dəstəyin müqabilində gələcəkdə müəyyən üstünlüklər əldə etməyi gözləyib.

    Həmin məhkəmənin qərarı ilə Men Txe Qyun da bir il altı ay müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, sabiq prezidentin həyat yoldaşı Kim Qon Hi eyni ittiham üzrə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən bəraət alıb. Yun Sok Yolun vəkilləri də bu faktı əsas gətirərək məhkəmə qərarından apellyasiya şikayəti verəcəklərini açıqlayıblar.

    Xatırladaq ki, bu ilin fevral ayında birinci instansiya məhkəməsi Yun Sok Yolu konstitusiya quruluşuna qarşı qiyam təşkil etmək işi üzrə ömürlük həbs cəzasına məhkum etmişdi. Cənubi Koreya qanunvericiliyinə əsasən, bu cinayətə görə ömürlük həbs və ya ölüm cəzası nəzərdə tutulur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR