AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Polşa Ukraynaya “Patriot” sistemləri üçün 3-9 raket verdiyini təsdiqləyib

  • + A
  • - A
  • Bu gün, 12:34

    Polşa Ukraynaya “Patriot” sistemləri üçün 3-9 raket verdiyini təsdiqləyib


    Polşa Ukraynaya NATO ölkələrinin 2026-cı ilin yazında hazırladığı birgə hərbi yardım paketi çərçivəsində “Patriot” hava hücumundan müdafiə sistemləri üçün 3-dən 9-a qədər raket təhvil verib.

    Bu barədə Polşa müdafiə nazirinin müavini Sezari Tomçik məlumat verib.

    Onun sözlərinə görə, Ukraynaya məhz 3-9 ədəd “Patriot” raketi göndərilib.

    Nazir müavini bildirib ki, ABŞ Varşavaya təhlükə yaranacağı təqdirdə təhvil verilən raketlərin onqat həcmdə kompensasiya olunacağına dair təminat verib.

    Qeyd edək ki, bundan əvvəl Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış hökumətin Ukraynaya “Patriot” raketləri göndərdiyinə dair müxalifət və Prezident Karol Navrotskinin administrasiyası tərəfindən səsləndirilən ittihamlardan sonra hərbi tədarüklərlə bağlı məlumatın açıqlanmasına qərar vermişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR