AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Litvada yaşayış icazəsini uzatmaq istəyən əcnəbilər üçün poliqraf yoxlaması tətbiq olunacaq

  • + A
  • - A
  • Dünən, 21:49

    Litvada yaşayış icazəsini uzatmaq istəyən əcnəbilər üçün poliqraf yoxlaması tətbiq olunacaq

    Litvada yaşayış icazəsini uzatmaq istəyən əcnəbilər üçün poliqraf yoxlaması tətbiq olunacaq

    Litva Seymi yaşayış icazəsinin verilməsi və ya uzadılması ilə bağlı milli təhlükəsizlik baxımından risk qiymətləndirilməsi aparılan əcnəbilərin poliqraf (yalan detektoru) yoxlamasından keçirilə bilməsinə imkan verən qanun dəyişikliyini qəbul edib.
    Qanun layihəsinin lehinə 81 deputat səs verib, 4 deputat əleyhinə çıxıb, 14 nəfər isə bitərəf qalıb.

    Yeni qaydalara əsasən, poliqraf yoxlaması bütün əcnəbilər üçün məcburi olmayacaq. Bu üsul yalnız Miqrasiya Xidmətinin sorğusu əsasında Dövlət Təhlükəsizlik Departamenti tərəfindən aparılan yoxlamalar zamanı tətbiq ediləcək.

    Qanuna görə, poliqraf yoxlamasının nəticəsi təkbaşına yaşayış icazəsindən imtina üçün əsas sayılmayacaq. Qərar namizəd haqqında toplanmış bütün məlumatlar nəzərə alınmaqla veriləcək. Bununla yanaşı, poliqraf yoxlamasından imtina edən şəxslər milli təhlükəsizlik üçün risk hesab oluna bilər ki, bu da yaşayış icazəsinin verilməsi və ya uzadılmasından imtina ilə nəticələnə bilər.

    Qanun dəyişiklikləri yalnız əcnəbilərə deyil, həmçinin müdafiə sənayesi müəssisələrinin əməkdaşlarına və kəşfiyyat orqanlarında işləməyə namizəd olan şəxslərə də şamil edilir.

    Litva hakimiyyəti bu addımı Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra ölkədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə izah edir. Hazırda Rusiya vətəndaşlarının yaşayış icazəsi almasına dair məhdudiyyətlər qüvvədədir, ölkəyə daxil olan Rusiya vətəndaşları əlavə təhlükəsizlik yoxlamasından keçirilir. Seym bu məhdudiyyətlərin müddətini 2027-ci ilin sonunadək uzadıb. Bundan əlavə, Litvada daimi yaşayış icazəsi olmayan Rusiya vətəndaşlarının daşınmaz əmlak almasına da məhdudiyyətlər tətbiq olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR