AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İraqın Baş naziri ABŞ rəsmiləri ilə təhlükəsizlik və iqtisadi əməkdaşlığı müzakirə edəcək

  • + A
  • - A
  • Bu gün, 15:14

    İraqın Baş naziri ABŞ rəsmiləri ilə təhlükəsizlik və iqtisadi əməkdaşlığı müzakirə edəcək


    İraqın Baş naziri Əli əz-Zeydi həftənin sonunadək ABŞ dövlət katibi Marko Rubio, ABŞ müdafiə naziri Pit Heqset və ABŞ-ın aparıcı enerji şirkətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirməyi planlaşdırır.

    Bu barədə mənbələrə istinadən Al-Monitor portalı məlumat yayıb.

    Məlumata görə, görüşlərdə İraqla ABŞ arasında təhlükəsizlik və iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas müzakirə mövzusu olacaq.

    Bildirilib ki, tərəflər İraqda fəaliyyət göstərən ABŞ neft və hasilat şirkətləri üçün əlavə təhlükəsizlik təminatlarının verilməsini də nəzərdən keçirəcəklər.

    Bundan başqa, ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən radikal silahlı qruplaşmaların tərksilah edilməsi məsələsinin də gündəmdə olacağı qeyd edilir.

    Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Trampın administrasiyası dövlət başçısının çərşənbə axşamı İraqın Baş naziri Əli əz-Zeydi ilə planlaşdırılmış görüş keçirəcəyını açıqlamışdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR