Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Ukraynaya səfər edəcək.
Bu barədə Ukrayna XİN başçısı Andrey Sibiqa sosial şəbəkələrdə bildirib.
"Sabah Ukraynada Hakan Fidanla görüşməyi səbirsizliklə gözləyirəm, bu zaman biz qarşılıqlı maraq doğuran bütün sahələrdə strateji tərəfdaşlığımızı inkişaf etdirməyə davam edəcəyik", - o qeyd edib.
Onun sözlərinə görə, Ukrayna və Türkiyə arasında azad ticarət sazişinin Ukrayna Ali Radası tərəfindən ratifikasiya edilməsi ikitərəfli münasibətlərdə mühüm bir mərhələdir:
"Bu saziş - çoxillik mürəkkəb işin nəticəsidir və bugünkü səsvermə ümumi səylərimizi nəzərəçarpacaq nailiyyətə çevirir. Saziş hər iki tərəfdən biznes və insanlar üçün yeni imkanlar yaradaraq ölkələrimiz arasında ticarətin, investisiyaların və iqtisadi əməkdaşlığın genişləndirilməsində yeni bir fəsil açır. Strateji tərəfdaş olaraq, Ukrayna və Türkiyə təkcə iqtisadi dayanıqlığı deyil, həm də Qara dəniz regionunda, onun hüdudlarından kənarda uzunmüddətli rifah və sabitliyin əsaslarını möhkəmləndirir".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.