AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tiranozavr Reks skeleti hərracda rekord qiymətə satıldı

  • + A
  • - A
  • Bu gün, 14:00

    Tiranozavr Reks skeleti hərracda rekord qiymətə satıldı

    Tiranozavr Reksə (T-Rex) məxsus, indiyədək aşkar edilmiş ən iri və ən yaxşı qorunub saxlanılmış nümunələrdən biri Sotheby's hərracında rekord qiymətə – 50,1 milyon dollara satılıb.

    Məlumata görə, "Qas" (Gus) adı verilən skelet indiyədək hərraca çıxarılan ən bahalı dinozavr fosili olub. Bununla da o, 2024-cü ildə təxminən 45 milyon dollara satılan "Apex" adlı steqozavr skeletinin rekordunu geridə qoyub. Bundan əvvəl rekord 2020-ci ildə 32 milyon dollara satılan "Stan" adlı T-Rex skeletinə məxsus idi.

    Təxminən 67 milyon il yaşı olan fosil 61 faiz qorunub saxlanılıb. Skeletə yaxşı vəziyyətdə olan kəllə sümüyü, hər iki ayaq və nadir sümük hissələri daxildir. Onun hündürlüyü 3,8 metr, uzunluğu isə 11,5 metrdir.

    Qalıqlar 2021-ci ildə ABŞ-ın Cənubi Dakota ştatındakı rançoda aşkar edilib və torpaq sahibinin şərəfinə "Qas" adlandırılıb.
    Hərracda telefon vasitəsilə iştirak edən və adının açıqlanmasını istəməyən alıcı 10 dəqiqə davam edən hərrac zamanı altı rəqibini geridə qoyaraq qalib gəlib. Lotun ilkin qiyməti 20–30 milyon dollar arasında qiymətləndirilirdi.

    Onurğalı Paleontologiyası Cəmiyyəti yeni sahibini bu nadir nümunəni elmi araşdırmalar üçün əlçatan olması məqsədilə muzeyə bağışlamağa çağırıb. Bildirilib ki, daha əvvəl rekord qiymətə satılan "Apex", "Sue" və "Stan" kimi məşhur dinozavr nümunələri ABŞ və BƏƏ-dəki iri muzeylərə təhvil verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR