AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İraqın strateji Əl-Fau limanı yaxınlığında naməlum PUA qəzaya uğrayıb

  • + A
  • - A
  • Bu gün, 14:02

    İraqın strateji Əl-Fau limanı yaxınlığında naməlum PUA qəzaya uğrayıb

    İraqın strateji Əl-Fau limanı yaxınlığında naməlum PUA qəzaya uğrayıb

    İraqın cənubunda yerləşən strateji Əl-Fau limanı yaxınlığında mənşəyi məlum olmayan pilotsuz uçuş aparatı (PUA) qəzaya uğrayıb.
    "Al Jazeera" telekanalının İraqın təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən verdiyi məlumata görə, naməlum PUA limanın yaxınlığında yerə düşüb.
    Bəsrə əyalətinin hakimiyyəti hadisə ilə bağlı yaydığı açıqlamada bildirib ki, insident nəticəsində hər hansı maddi ziyan qeydə alınmayıb.

    Qeyd edək ki, Əl-Fau limanı İraq hökumətinin ən mühüm strateji layihələrindən biri hesab olunur. Tikintisi başa çatdıqdan sonra limanın Yaxın Şərqin ən böyük dəniz limanına çevriləcəyi gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR