AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini yenidən razılaşdıra bilmədi

  • + A
  • - A
  • Bu gün, 22:05

    Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini yenidən razılaşdıra bilmədi

    Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini yenidən razılaşdıra bilmədi
    Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı nəzərdə tutulan 21-ci sanksiyalar paketinin qəbulu ilə bağlı növbəti dəfə razılığa gələ bilməyib.
    Bu barədə Aİ-nin Daimi Nümayəndələr Komitəsinin (COREPER) iyulun 15-də keçirilən iclasından sonra məlumat yayılıb.
    Məlumata görə, üzv ölkələr yeni sanksiyalar paketi üzrə danışıqları davam etdirmək məqsədilə Rusiya neftinə tətbiq olunan mövcud qiymət tavanının iyulun 23-dək qüvvədə saxlanılması barədə razılıq əldə ediblər.

    Adının açıqlanmasını istəməyən Aİ diplomatı bildirib ki, bu qərar üzv dövlətlər arasında hələ də qalmaqda olan fikir ayrılıqlarını aradan qaldırmaq və təklif olunan bəzi məhdudiyyətlərin iqtisadi və texniki nəticələrini daha ətraflı müzakirə etmək üçün əlavə vaxt qazanmağa hesablanıb.

    Həmin tədbirlərin konkret nədən ibarət olduğu açıqlanmayıb.
    Qeyd edək ki, iyulun 13-də Brüsseldə keçirilən Aİ xarici işlər nazirlərinin toplantısında da Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin qəbuluna dair razılıq əldə olunmamışdı.

    Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, əsas problem texniki məsələlər deyil, üzv dövlətlərin qısamüddətli iqtisadi və siyasi çətinliklər yarada biləcək qərarları qəbul etməyə hazır olmamasıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR