ABŞ Meksikanın iki narkokartelini terror təşkilatları siyahısına daxil edib

ABŞ Meksikanın iki narkokartelini terror təşkilatları siyahısına daxil edib
ABŞ Dövlət Departamenti Meksikada fəaliyyət göstərən Juárez Cartel və Los Viagras narkokartellərini xarici terror təşkilatları (FTO) və xüsusi kateqoriyalı qlobal terrorçu (SDGT) siyahısına daxil etdiyini açıqlayıb.
Dövlət Departamentinin bəyanatında bildirilir ki, hər iki kartel ABŞ vətəndaşlarına, Meksikanın təhlükəsizlik qüvvələrinə və mülki əhaliyə qarşı çoxsaylı hücumlar həyata keçirən amansız narkoterror təşkilatları hesab olunur.
Qeyd edilib ki, bu qərarın məqsədi narkokartellərin fəaliyyətinə qarşı mübarizəni gücləndirmək, onların maliyyə resurslarına çıxışını məhdudlaşdırmaq və ağır cinayətlərin maliyyələşdirilməsi üçün istifadə olunan gəlir mənbələrinin qarşısını almaqdır.
Qərarın qüvvəyə minməsindən sonra adıçəkilən təşkilatların və onlarla əlaqəli şəxslərin ABŞ-da yerləşən və ya ABŞ vətəndaşlarının nəzarətində olan bütün aktivləri dondurulacaq. Bundan əlavə, ABŞ vətəndaşlarına həmin kartellərlə hər hansı maliyyə əməliyyatı aparmaq qadağan ediləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.