AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranın PUA hücumları nəticəsində Küveytdə hərbçilər yaralanıb

  • + A
  • - A
  • Bu gün, 20:44

    İranın PUA hücumları nəticəsində Küveytdə hərbçilər yaralanıb

    İranın PUA hücumları nəticəsində Küveytdə hərbçilər yaralanıb

    Küveyt Müdafiə Nazirliyi ölkənin hərbi obyektlərinə İran tərəfindən pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirildiyi bildirilən hücumlar nəticəsində bir neçə hərbçinin yaralandığını açıqlayıb.

    Nazirliyin yaydığı məlumata görə, hücumlar Küveyt ordusuna məxsus bir neçə hərbi obyekt və düşərgəni hədəf alıb. Nəticədə quru qoşunlarının bir neçə hərbi qulluqçusu müxtəlif dərəcəli xəsarətlər alıb.

    Bildirilib ki, Baş Qərargah rəhbərliyi səhər saatlarında baş vermiş hücum zamanı yaralanan hərbçilərə baş çəkərək onların sağlamlıq vəziyyəti ilə maraqlanıb.

    Küveyt Müdafiə Nazirliyi yaralananların dəqiq sayını, xəsarətlərinin ağırlıq dərəcəsini və hərbi infrastruktura dəyən ziyanın həcmini açıqlamayıb. Hadisə ilə bağlı əlavə məlumatın verilməsi gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR