Tramp: İranın hələ də raket və pilotsuz uçuş aparatları var

Tramp: İranın hələ də raket və pilotsuz uçuş aparatları var
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ Silahlı Qüvvələrinin endirdiyi zərbələrə baxmayaraq, İranın arsenalında hələ də müəyyən sayda raket və pilotsuz uçuş aparatı (PUA) qalır. O, həmçinin İranın məhdud da olsa silah istehsal imkanlarını qoruyub saxladığını qeyd edib.
Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə açıqlama verən Tramp deyib:
“Onların müəyyən qədər raketləri var. Müəyyən qədər pilotsuz uçuş aparatları var. Həmçinin çox böyük olmasa da, bəzi istehsal güclərini saxlayıblar.”
ABŞ lideri əlavə edib ki, hazırda Hörmüz boğazına nəzarət ABŞ-ın əlindədir və İranın bu istiqamətdə nəzarət imkanları yoxdur. Tramp həmçinin Vaşinqtonun İrana qarşı yeni və daha güclü zərbə endirəcəyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.