Rusiya qoşunları Ukraynanın Xerson və Zaporojye vilayətlərinə zərbələr endirib, nəticədə 5 nəfər ölüb, daha 63 nəfər isə yaralanıb.
Bu barədə hər iki vilayətin hərbi administrasiyalarının rəhbərləri bildiriblər.
Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin deyib ki, ötən sutka ərzində Xerson şəhəri də daxil olmaqla 37 yaşayış məntəqəsi Rusiyanın zərbələrinə məruz qalıb.
"Rusiyanın hücumu nəticəsində iki nəfər ölüb, daha 16 nəfər yaralanıb", - o qeyd edib.
Öz növbəsində Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov vurğulayıb ki, Rusiyanın idarəolunan aviabombalarla Zaporojye və Zaporojye rayonuna endirdiyi zərbə nəticəsində xəsarət alanların sayı 47 nəfərə çatıb.
"Zaporojye və Zaporojye rayonuna endirilən Rusiya zərbələri nəticəsində 3 nəfər ölüb, daha 47 nəfər yaralanıb", - İ.Fyodorov teleqram kanalında yazıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.