ABŞ və İran qarşılıqlı aqressiv hərəkətlərdən imtina ilə bağlı sazişi müzakirə edir

ABŞ və İran qarşılıqlı aqressiv hərəkətlərdən imtina ilə bağlı sazişi müzakirə edir
ABŞ və İran arasında gərginliyin azaldılmasına yönəlmiş yeni təşəbbüs çərçivəsində tərəflərin qarşılıqlı aqressiv hərəkətlərdən imtina etməsini nəzərdə tutan saziş layihəsi müzakirə olunur.
Bu barədə Al Hadath telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqton və Tehran arasında mümkün razılaşma layihəsinə qarşılıqlı düşmənçilik xarakterli fəaliyyətlərin dayandırılması, həmçinin daha əvvəl imzalanmış qarşılıqlı anlaşma memorandumunun müddəalarının icrası daxildir.
Bundan əvvəl Reuters agentliyi xəbər vermişdi ki, vasitəçilər ABŞ və İrana 10 günlük atəşkəs rejiminin tətbiqini təklif ediblər. Bildirilir ki, bu müddət ərzində tərəflər müvəqqəti razılaşmanın bərpasını və münaqişənin deeskalasiyasına yönəlmiş digər addımları müzakirə edə bilərlər.
Hazırda nə ABŞ, nə də İran rəsmiləri sözügedən məlumatlarla bağlı rəsmi açıqlama verməyiblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.