ABŞ Dövlət Departamenti Yaxın Şərqdə olan vətəndaşlarına xəbərdarlıq edib

ABŞ Dövlət Departamenti Yaxın Şərqdə olan vətəndaşlarına xəbərdarlıq edib
ABŞ Dövlət Departamenti Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin gərgin olaraq qaldığını bildirərək, bölgədə olan Amerika vətəndaşlarını ehtiyatlı olmağa çağırıb.
Qurumun yaydığı açıqlamada qeyd olunub ki, regionda vəziyyətin gözlənilmədən daha da gərginləşməsi ehtimalı qalır. Bu səbəbdən Yaxın Şərqdə olan ABŞ vətəndaşlarına yüksək ayıqlıq nümayiş etdirmək, mümkün uçuş ləğvlərinə, hava məkanının vaxtaşırı bağlanmasına və dəmir yolu nəqliyyatında yarana biləcək fasilələrə hazır olmaq tövsiyə edilib.
Dövlət Departamenti həmçinin Yaxın Şərqdən kənarda yaşayan amerikalılara da bölgəyə və ya bölgə üzərindən planlaşdırılan səfərlərini yenidən nəzərdən keçirməyi məsləhət görüb.
Açıqlamada vurğulanıb ki, ABŞ-ın diplomatik nümayəndəlikləri, o cümlədən Yaxın Şərqdən kənarda yerləşən səfirlik və konsulluqları da zaman-zaman hücumlara məruz qalıb. Bildirilir ki, İran və onu dəstəkləyən qruplar dünyanın müxtəlif ölkələrində ABŞ-la əlaqəli obyektlərə və Amerika vətəndaşlarına qarşı hücumlar təşkil edə bilərlər
ABŞ Dövlət Departamenti vətəndaşlarını təhlükəsizlik xəbərdarlıqlarını diqqətlə izləməyə və ehtiyat tədbirlərinə riayət etməyə çağırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.