AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Federal Təhqiqat Bürosunun direktoru Rusiyaya səfər edəcək

  • + A
  • - A
  • Bu gün, 10:02

    ABŞ Federal Təhqiqat Bürosunun  direktoru Rusiyaya səfər edəcək

    Politico: FTB direktoru Kaş Patel Rusiyaya səfər etməyi planlaşdırır

    ABŞ Federal Təhqiqat Bürosunun (FTB) direktoru Kaş Patelin oktyabr ayının ortalarında Rusiyaya səfər etməyi planlaşdırdığı bildirilir.

    Politico nəşrinin yaydığı məlumata görə, səfərin 14–15 oktyabr tarixlərində baş tutacağı gözlənilir. ABŞ rəsmisinin sözlərinə əsasən, Patel əvvəlcə Moskvaya, daha sonra isə Sankt-Peterburqa gedəcək.

    Məlumat ABŞ ilə Rusiya arasında Ukrayna müharibəsi ilə bağlı fikir ayrılıqlarının davam etdiyi və Vaşinqtonda qanunvericilərin Rusiyaya qarşı yeni, daha sərt sanksiyaların tətbiqini tələb etdiyi bir dövrdə yayılıb.

    Hələlik nə FTB, nə də Rusiya tərəfi səfərlə bağlı rəsmi açıqlama verməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR