ABŞ və İordaniya yeni ticarət sazişi imzalayıb

ABŞ və İordaniya yeni ticarət sazişi imzalayıb
ABŞ və İordaniya arasında yeni ticarət sazişi imzalanıb. Bu barədə Ağ Evin yaydığı rəsmi məlumatda bildirilib.
Qeyd olunub ki, saziş Amerika ixracatçıları üçün mövcud maneələrin aradan qaldırılmasına və ABŞ-ın əsas sənaye sahələri üçün yeni imkanların yaradılmasına xidmət edəcək.
Saziş çərçivəsində İordaniya qeyri-tarif ticarət məhdudiyyətlərini ləğv edəcək və öz bazarını Amerika məhsulları üçün daha geniş açacaq. Bu, xüsusilə ABŞ-ın kənd təsərrüfatı məhsulları və avtomobil sənayesi məhsullarının İordaniya bazarına çıxışını asanlaşdıracaq.
Ağ Evin açıqlamasına görə, yeni razılaşma iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin daha da möhkəmləndirilməsinə, qarşılıqlı investisiya və ticarət dövriyyəsinin artırılmasına töhfə verəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.