AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Dövlət Departamenti vətəndaşlarını İran təhdidləri səbəbindən bütün dünyada ehtiyatlı olmağa çağırıb

  • + A
  • - A
  • Dünən, 22:03

    ABŞ Dövlət Departamenti vətəndaşlarını İran təhdidləri səbəbindən bütün dünyada ehtiyatlı olmağa çağırıb

    ABŞ Dövlət Departamenti vətəndaşlarını İran təhdidləri səbəbindən bütün dünyada ehtiyatlı olmağa çağırıb

    ABŞ Dövlət Departamenti İran tərəfindən ABŞ-ın xaricdəki obyekt və maraqlarına mümkün hücum təhlükəsi ilə əlaqədar ölkə vətəndaşlarını dünyanın hər yerində yüksək ehtiyatlı olmağa çağırıb.

    Qurumun yaydığı bəyanatda bildirilir ki, Yaxın Şərqdə gərginliyin artması fonunda təhlükəsizlik vəziyyəti mürəkkəb olaraq qalır və hadisələrin gözlənilməz şəkildə inkişaf etməsi ehtimalı yüksəkdir.

    Bəyanatda vurğulanır ki, ABŞ-ın diplomatik nümayəndəlikləri, o cümlədən Yaxın Şərqdən kənarda yerləşən obyektləri də əvvəllər hücumların hədəfi olub. Qeyd edilir ki, İran və onun dəstəklədiyi qruplaşmalar ABŞ-ın xaricdəki digər obyektlərinə, eləcə də ABŞ-la əlaqəli məkanlara və Amerika vətəndaşlarına qarşı da hücumlar təşkil edə bilər.

    Dövlət Departamenti Yaxın Şərqdə olan ABŞ vətəndaşlarına diqqətli olmağı, yüksək ayıqlıq nümayiş etdirməyi, aviareyslərin ləğvi, hava məkanının vaxtaşırı bağlanması və nəqliyyatın fəaliyyətində yarana biləcək fasilələrə hazır olmağı tövsiyə edib.

    Bununla yanaşı, regiondan kənarda olan ABŞ vətəndaşlarına Yaxın Şərqə və ya həmin region üzərindən tranzit səyahət planlarını yenidən nəzərdən keçirmək tövsiyə olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR