Bloomberg: Rusiya Hindistana rekord həcmdə neft tədarük edir

Bloomberg: Rusiya Hindistana rekord həcmdə neft tədarük edir
Hindistanın neft emalı zavodları rekord həcmdə Rusiya nefti alaraq rusiyalı ixracatçılara dəstək verir. Bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə, ötən ay Hindistan limanlarına gündəlik 2,3 milyon bareldən çox Rusiya nefti çatdırılıb ki, bu da rekord göstəricidir. İyul ayında da tədarük həcmi bu səviyyəyə yaxın qalır.
Agentliyin yazdığına əsasən, Hindistan Rusiya neftinin əsas alıcılarından biri olaraq qalır və yüksək alış həcmləri Rusiyanın enerji ixracını dəstəkləyən əsas amillərdən biri hesab olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.