AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Yaxın Şərqdə hərbi əməliyyatları genişləndirə bilər

  • + A
  • - A
  • Bu gün, 12:09

    ABŞ Yaxın Şərqdə hərbi əməliyyatları genişləndirə bilər

    WSJ: ABŞ Yaxın Şərqdə hərbi əməliyyatları genişləndirə bilər

    ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatların genişləndirilməsi imkanını nəzərdən keçirdiyi bildirilir. Bu barədə The Wall Street Journal (WSJ) nəşri məlumatlı mənbələrə istinadən xəbər yayıb.

    Məlumata görə, Vaşinqton prezidentə daha geniş hərbi seçimlər təqdim etmək məqsədilə Yaxın Şərqə əlavə qoşunlar, tibb personalı və silah-sursat göndərir.

    Nəşrin yazdığına əsasən, son bir həftə ərzində ABŞ-ın xüsusi təyinatlı qüvvələri regiona yerləşdirilib. Bununla yanaşı, qırıcı təyyarə eskadrilyaları da Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına göndərilib.

    WSJ qeyd edir ki, bu addımlar Tramp administrasiyasının İranla bağlı mümkün hərbi ssenariləri nəzərdən keçirdiyi bir vaxta təsadüf edir. ABŞ rəsmiləri isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR