Ermənistan AES-də istismar müddətinin uzadılması işləri davam edir

Ermənistan AES-də istismar müddətinin uzadılması işləri davam edir
Ermənistanda yerləşən Atom Elektrik Stansiyasının (AES) ikinci enerji blokunun istismar müddətinin uzadılması istiqamətində işlər davam etdirilir.
Bu barədə Ermənistan hökumətinə təqdim olunan, AES-in istismar müddətinin uzadılması üzrə tədbirlərin icrasına dair hesabatda bildirilib.
Sənədə əsasən, aparılan yoxlamalar nəticəsində enerji blokunun təhlükəsizlik səviyyəsinin artırılması üçün əlavə tədbirlər planı hazırlanıb. Həmin tədbirlərin icrasının 2026-cı il 5 oktyabr tarixinədək başa çatdırılması nəzərdə tutulur.
Bundan başqa, reaktor qurğusunun təhlükəsiz dayandırılması və soyudulması, radioaktiv tullantıların ətraf mühitə yayılmasına nəzarət və onların lokallaşdırılması ilə bağlı yanğın risklərinin təhlili əsasında AES-də yanğın təhlükəsizliyinin gücləndirilməsi üçün də əlavə tədbirlər müəyyən edilib. Bu tədbirlərin icra müddəti 2026-cı il 1 iyul tarixi olaraq müəyyənləşdirilib.
Hesabatda qeyd olunur ki, stansiya tərəfindən əlaqələndirilən 37 layihədən 17-si artıq tam başa çatdırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.