AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BMT Baş katibi: Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır

  • + A
  • - A
  • Bu gün, 21:24

    BMT Baş katibi: Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır

    BMT Baş katibi: Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır

    BMT-nin Baş katibi Antonio Quterreş Yaxın Şərqdə gərginliyin sürətlə artdığını və vəziyyətin nəzarətdən çıxmaq üzrə olduğunu bəyan edib.

    O, BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib ki, region əvvəllər təsəvvür edilməsi çətin olan təhlükəli mərhələyə yaxınlaşır.

    "Vəziyyət nəzarətdən çıxır. Biz əvvəllər ağlasığmaz hesab edilən hadisələrin astanasındayıq", – deyə Quterreş vurğulayıb.
    Baş katib bir daha beynəlxalq ictimaiyyəti münaqişələrin hərbi yollarla deyil, diplomatik vasitələrlə həllinə üstünlük verməyə çağırıb.

    Quterreşin bu açıqlaması Yaxın Şərqdə gərginliyin artdığı bir vaxta təsadüf edir. Son günlər Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etdiklərini bildiriblər. Onların açıqlamasına görə, blokada yalnız Səudiyyə Ərəbistanı ilə əlaqəli gəmilərə deyil, krallığın limanlarına gedən və oradan çıxan bütün dəniz nəqliyyatına şamil olunur. Husilər bunu Yəmən limanlarının blokadaya alınmasına və Sənadakı beynəlxalq hava limanına edilən hücuma cavab kimi qiymətləndirirlər.

    Bu arada, The Wall Street Journal qəzeti mənbələrə istinadən yazıb ki, ABŞ administrasiyası bölgəyə əlavə hərbi qüvvələr, tibb personalı və silah-sursat göndərilməsini sürətləndirir. Məlumata görə, məqsəd Yaxın Şərqdə mümkün genişmiqyaslı qarşıdurma halında Prezident Donald Trampın hərbi seçim imkanlarını artırmaqdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR