AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sorğu: Britaniyalıların yalnız 6%-i müharibə olacağı təqdirdə könüllü orduya qoşulmağa hazırdır

  • + A
  • - A
  • Bu gün, 21:27

    Sorğu: Britaniyalıların yalnız 6%-i müharibə olacağı təqdirdə könüllü orduya qoşulmağa hazırdır

    Sorğu: Britaniyalıların yalnız 6%-i müharibə olacağı təqdirdə könüllü orduya qoşulmağa hazırdır

    Böyük Britaniyada keçirilən YouGov sorğusunun nəticələrinə görə, ölkə genişmiqyaslı hücuma məruz qalacağı halda britaniyalıların cəmi 6 faizi könüllü şəkildə silahlı qüvvələrə qoşulmağa hazır olduğunu bildirib.

    Sky News-un məlumatına əsasən, respondentlərin daha 14 faizi yalnız səfərbərlik elan ediləcəyi təqdirdə silaha sarılacağını deyib. Sorğuda iştirak edənlərin 17 faizi isə istənilən halda döyüşməkdən imtina edəcəyini bildirib.

    Eyni zamanda, iştirakçıların 52 faizi səhhətindəki problemlər və ya yaş səbəbindən hərbi xidmətə cəlb olunmayacağını qeyd edib. 17 faiz isə bu mövzuda qəti mövqe bildirməyib.
    Araşdırma göstərib ki, britaniyalıların 51 faizi qarşıdakı on il ərzində ölkəyə genişmiqyaslı hücumun baş verəcəyinə inanmır. 29 faiz belə bir hücumu mümkün hesab edir, 20 faiz isə cavab verməkdə çətinlik çəkib.

    Sorğuya görə, respondentlərin 53 faizi ölkənin silahlı qüvvələrinə etibar etmədiyini bildirib. 38 faiz ordunu etibarlı hesab edib, 9 faiz isə fikir bildirməyib.

    Bundan başqa, iştirakçıların 57 faizi Böyük Britaniya hökumətinin müdafiə xərclərini kifayət qədər hesab etmir. 17 faiz hazırkı hərbi büdcəni adekvat sayır, 6 faiz isə müdafiəyə ayrılan vəsaitin həddindən artıq çox olduğunu düşünür. Bununla yanaşı, respondentlərin əksəriyyəti hərbi büdcənin artırılması üçün vergilərin yüksəldilməsinə və ya sosial proqramların ixtisarına qarşı çıxıb.

    Sorğuda iştirak edənlər Böyük Britaniya üçün ən böyük təhlükə kimi iqlim dəyişikliyini göstəriblər.

    Qeyd edək ki, sorğuda 2,3 min nəfər iştirak edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR