Netanyahu İordan çayının qərb sahilində israillini öldürən şəxsin evinin sökülməsini tapşırdı

Netanyahu İordan çayının qərb sahilində israillini öldürən şəxsin evinin sökülməsini tapşırdı
İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin müdafiə naziri İsrael Kats İordan çayının qərb sahilində bir israilli vətəndaşı öldürməkdə ittiham olunan şəxsin evinin sökülməsi barədə İsrail Müdafiə Qüvvələrinə (SAXAL) göstəriş veriblər.
İsrail Baş nazirinin Ofisinin yaydığı məlumata görə, qərar hökumətin təhlükəsizlik kabineti və müdafiə qurumlarının rəhbərliyi ilə keçirilən müşavirədən sonra qəbul edilib.
Bəyanatda bildirilir ki, təhlükəsizlik qüvvələrinə terror fəaliyyətinin geniş yayıldığı yaşayış məntəqələrində əməliyyatları gücləndirmək, qanunsuz silahları müsadirə etmək, iş icazələrini ləğv etmək və İudeya və Samariya (İsrailin İordan çayının qərb sahili üçün istifadə etdiyi ad) ərazisində əlavə hərbi qüvvələr yerləşdirmək tapşırılıb.
Məlumata əsasən, iyulun 23–24-də İordan çayının qərb sahilində baş verən üç ayrı hücum nəticəsində bir israilli həlak olub, daha iki nəfər isə yaralanıb. İsrail hakimiyyəti hücumları terror aktı kimi qiymətləndirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.