AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zelenski Ukraynada hərbi vəziyyət və ümumi səfərbərliyin müddətini daha 90 gün uzadıb

  • + A
  • - A
  • Bu gün, 18:13

    Zelenski Ukraynada hərbi vəziyyət və ümumi səfərbərliyin müddətini daha 90 gün uzadıb


    Zelenski Ukraynada hərbi vəziyyət və ümumi səfərbərliyin müddətini daha 90 gün uzadıb

    Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyət və ümumi səfərbərliyin müddətinin daha 90 gün uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.

    Ukrayna Ali Radasının rəsmi məlumatına görə, hərbi vəziyyətin qüvvədə olma müddəti 23 iyul 2026-cı il tarixindən etibarən daha 90 gün uzadılıb. İmzalanmış sənədlər Prezident tərəfindən təsdiqləndikdən sonra yenidən parlamentə qaytarılıb.

    Xatırladaq ki, Ali Rada iyulun 14-də hərbi vəziyyətin və ümumi səfərbərliyin növbəti dəfə uzadılmasını dəstəkləmişdi.

    Qeyd edək ki, Ukraynada hərbi vəziyyət 24 fevral 2022-ci ildən qüvvədədir. Bundan bir gün sonra Prezident Volodimir Zelenski ümumi səfərbərlik elan edilməsi haqqında fərman imzalamışdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR