İran Silahlı Qüvvələri: Hər öldürülən iranlıya görə bir amerikalı hərbçi öldürüləcək

İran Silahlı Qüvvələri: Hər öldürülən iranlıya görə bir amerikalı hərbçi öldürüləcək
İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının komandanı Əli Abdullahi ABŞ-a qarşı sərt bəyanatla çıxış edib.
O bildirib ki, İranın hər bir həlak olan vətəndaşının qisası alınacaq.
"İslam İranının qürurlu hər bir şəhid vətəndaşının qisası olaraq bir amerikalı hərbçi məhv ediləcək", – deyə Abdullahi İran Dövlət Teleradio Şirkətinin yaydığı açıqlamada bildirib.
Bu bəyanat İran ilə ABŞ arasında gərginliyin davam etdiyi bir vaxtda səsləndirilib. ABŞ rəsmiləri isə hələlik İran komandanının açıqlamasına münasibət bildirməyiblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.