AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fransada onlarla meşə yanğını ilə mübarizə aparılır

  • + A
  • - A
  • Bu gün, 22:15

    Fransada onlarla meşə yanğını ilə mübarizə aparılır

    Fransada onlarla meşə yanğını ilə mübarizə aparılır

    Fransada 2026-cı ilin yayı meşə yanğınlarının miqyasına görə ölkənin ən ağır illərindən biri olmağa doğru gedir. Ölkənin cənub-qərbində yerləşən Jirond departamentində mövsümün ən böyük meşə yanğını davam edir.

    Fransanın daxili işlər naziri Loran Nunes bildirib ki, hazırda ölkə üzrə 32 meşə yanğını qeydə alınıb. Onun sözlərinə görə, Somos kommunası yaxınlığında başlayan yanğın artıq 10 min hektardan çox ərazini əhatə edib və nəzarət altına alınmayıb.
    Nazir qeyd edib ki, yanğının söndürülməsinə 1000-ə yaxın yanğınsöndürən, yerli xidmət əməkdaşları və əlavə qüvvələr cəlb olunub. Təbii fəlakət nəticəsində təxminən 50 yaşayış evi məhv olub, 40 min nəfərin isə quru və dəniz yolu ilə təxliyəsi həyata keçirilir.

    Qonşu Land departamentinin Biskarros kommunasında da vəziyyət gərgindir. Burada baş verən yanğın 2,5 min hektardan çox ərazini əhatə edib və 23 min nəfər təxliyə olunub.

    Var departamentində isə bir neçə gündür davam edən yanğın 3,7 min hektar ərazini yandırıb. Yanğının söndürülməsi üçün 800 yanğınsöndürən səfərbər edilib.

    Loran Nunes bildirib ki, ilin əvvəlindən indiyədək Fransada 50 min hektardan çox bitki örtüyü yanıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üç dəfə çoxdur.

    Mütəxəssislərin fikrincə, aylardır davam edən yağıntı çatışmazlığı, güclü istilər və quru küləklər meşə yanğınlarının sürətlə yayılmasına səbəb olub. Fransa Prezidenti Emmanuel Makron vəziyyətin son dərəcə gərgin olduğunu bildirərək, Avropa Komissiyasından Avropa İttifaqının Mülki Müdafiə Mexanizminin aktivləşdirilməsini xahiş edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR