AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə və Ukrayna XİN rəhbərləri Qara dənizdə təhlükəsizliyi müzakirə ediblər

  • + A
  • - A
  • Dünən, 23:23

    Türkiyə və Ukrayna XİN rəhbərləri Qara dənizdə təhlükəsizliyi müzakirə ediblər

    Türkiyə və Ukrayna XİN rəhbərləri Qara dənizdə təhlükəsizliyi müzakirə ediblər

    Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanın xarici işlər nazirinin səlahiyyətlərini icra edən Andrey Sibiqa ilə telefon danışığı aparıb.

    Türkiyə Xarici İşlər Nazirliyindəki mənbənin РИА Новости agentliyinə verdiyi məlumata görə, tərəflər söhbət zamanı Rusiya-Ukrayna münaqişəsi ətrafında son vəziyyəti və Qara dənizdə təhlükəsizlik məsələlərini müzakirə ediblər.

    Danışıq Qara dənizdə gərginliyin artdığı bir vaxta təsadüf edir. Belə ki, Türkiyənin Mv Reyhan Sarı adlı yük gəmisi Rusiyanın Taman limanından Trabzona kömür daşıyarkən pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb. Hücum nəticəsində ekipaj üzvlərindən biri həlak olub, daha üç nəfər isə yaralanıb.

    Qeyd edək ki, hadisə ilə bağlı məlumatı daha əvvəl Sabah qəzeti yayıb. Türkiyə tərəfi Qara dənizdə təhlükəsizlik vəziyyətini yaxından izlədiyini bildirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR