AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşinyanla Makron Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasının vacibliyini vurğulayıblar

  • + A
  • - A
  • Dünən, 20:30

    Paşinyanla Makron Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasının vacibliyini vurğulayıblar

    Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makron ilə telefon danışığı aparıb.

    Azadmedia.az erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, liderlər ikitərəfli gündəlikdə duran məsələləri və regiondakı vəziyyəti müzakirə ediblər.

    Paşinyan dövlətlər arasında strateji tərəfdaşlıq çərçivəsində ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın dərinləşdirilməsinin və Ermənistanın ixrac imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb.

    Tərəflər, həmçinin Ermənistan və Azərbaycan arasında sülh prosesini müzakirə edərək, Cənubi Qafqazda sabit və davamlı sülhün bərqərar olmasının əhəmiyyətini qeyd ediblər.

    Bundan əlavə, Makron və Paşinyan Ermənistan ilə Avropa İttifaqı arasında tərəfdaşlığın daha da dərinləşdirilməsi məsələsini, eləcə də regional və beynəlxalq gündəmdə olan digər mövzuları müzakirə ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR