AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranlı deputat Ukraynanı cavab tədbirləri ilə hədələyib

  • + A
  • - A
  • Bu gün, 09:50

    İranlı deputat Ukraynanı cavab tədbirləri ilə hədələyib


    İran parlamentinin (Məclis) Milli Təhlükəsizlik Komitəsinin sədri İbrahim Əzizi Ukraynanın Xəzər dənizində İran ticarət gəmisinə endirdiyi iddia edilən zərbə ilə bağlı Tehranın cavab verəcəyini bildirib.

    Əzizi sosial şəbəkədə paylaşdığı açıqlamada İrana qarşı istənilən hücumun cavabsız qalmadığını vurğulayıb.

    "İrana edilən hər bir hücumun bədəli ödənilir və bu gün də belədir. ABŞ və İsrail bunu artıq yaxşı bilir. Ukrayna da yəqin ki, tezliklə anlayacaq ki, İran heç bir hərəkəti cavabsız qoymur. Səhv hesablayanların siyahısı getdikcə uzanır", – deyə o qeyd edib.

    Xatırladaq ki, iyulun 25-də İran Xarici İşlər Nazirliyi Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisinə zərbə endirdiyini, nəticədə ekipaj üzvlərindən birinin həlak olduğunu iddia etmişdi.

    İranın xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, hücum İsrailin göstərişi ilə həyata keçirilib və məqsəd Avropanı Yaxın Şərqdə müharibəyə cəlb etmək olub.

    Qeyd edək ki, bu ittihamlarla bağlı Ukrayna tərəfinin mövqeyi təqdim edilməyib və iddialar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR